“2022-ci ildə də pandemiya səbəbindən bir sıra dövlət müəssisələrimiz problemlərlə üzləşib”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, dövlət borcuna 2 milyard 199 milyon manat səviyyəsində icra olunub və bütün borclarımız vaxtında ödənilib: “Təkcə xaricdəki diplomatik nümayəndəliklərimizin, ticarət nümayəndəliklərimizin saxlanmasına 129 milyon manat vəsait ödənilib. 470 milyon manat vəsait Prezidentin Ehtiyat Fondundan vəsait istifadə edilib. Eyni zamanda Ermənistan təcavüzü nəticəsində ölkəmizin bir sıra şəhərlərində dağıntılar olmuşdu. Onların bərpası üçün 48,9 milyon manat vəsait ayrılıb. Ermənistan təcavüzü nəticəsində əhalinin problemlərinin aradan qaldırılması üçün ehtiyat fonddan 12,2 milyon manat vəsait yönəldilib”.