“Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.
O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi də uzadılmamalıdır, deyə Nikol Paşinyan bildirib.