Avropa İttifaqı (Aİ) Şurasının mətbuat xidmətinin yaydığı məlumata görə, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Həmin gün Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı görüşlər də keçirəcək.
Xatırladaq ki, sonuncu dəfə tərəflər aprelin 6-da Brüsseldə görüşüb.