ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıda media nümayəndələri ilə görüşüb

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlson sentyabrın 28-də Bakıda fəaliyyət göstərən aparıcı media qurumlarının nümayəndələri ilə nahar görüşü keçirib.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyri-rəsmi görüş zamanı milli medianın mühüm rolu, eləcə də Səfirliklə Azərbaycan mediasının nümayəndələri arasında kommunikasiya və qarşılıqlı əlaqələrin gücləndirilməsi imkanları müzakirə olunub.