Türkiyənin Bolqarıstanla sərhədində mina tapılıb

Türkiyənin Bolqarıstanla sərhədində mina tapılıb

Türkiyənin Bolqarıstanla sərhədinə yaxın İynəada sahillərində mina tapılıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə yerinə sualtı müdafiə komandaları cəlb olunub və minanın zərərsizləşdirilməsi işlərinə başlanılıb.