Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb.
APA “Ensonhaber” saytına istinadən xəbər verir ki, hadisə Konyanın Güney kəndi yaxınlığında baş verib.
Avtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb.
Xəsarət alanlardan beş nəfərinin vəziyyəti ağır qiymətləndirilir.
İHA-nın xəbərinə görə, yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb.