Aprelin 9-u saat 15 radələrində 1967-ci il təvəllüdlü İlham Əsgərov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutulub.
Bu barədə Baş prokurorluqdan məlumat verilib.
Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.