Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Ağcabədi rayonunda da uğurla davam edir.
Kampaniyanın başlaması ilə əlaqədar YAP Ağcabədi rayon təşkilatının seçki qərargahında müşavirə keçirilib. Müşavirədə kampaniyada iştirak edəcək qərargah üzvləri və partiya fəallarına proses haqqında məlumat verilib, imzatoplama zamanı diqqət yetiriləcək qaydalar nəzərə çatdırılıb.
Daha sonra YAP Ağcabədi rayon təşkilatında yaradılmış seçki qərargahında fəaliyyət göstərən mobil qruplar rayonda yerləşən seçki dairələri üzrə imzatoplama kampaniyasına başlayıblar. Kampaniya çərçivəsində diqqət çəkən əsas məqamlardan biri rayon seçicilərinin böyük məmnuniyyətlə öz imzalarını partiyamızın namizədinin xeyrinə verməsidir.