Daşkəsəndə imzatoplama kampaniyasında yüksək fəallıq müşahidə olunur

Daşkəsəndə imzatoplama kampaniyasında yüksək fəallıq müşahidə olunur

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə imzatoplama kampaniyasına Daşkəsən rayonunda da start verilib.
Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatında yaradılan seçki qərargahının üzvləri və fəal gənclər imzatoplama kampaniyasında yüksək aktivlik nümayiş etdirərək Daşkəsən qəsəbəsində, Bayan, Quşçu, Kəmərqaya, Xoşbulaq, Qaraqullar, Qabaqtəpə kəndlərində müvafiq sayda imza toplayıblar. Ruh yüksəkliyi və mütəşəkkillik şəraitində aparılan kampaniyaya rayon seçiciləri böyük maraq göstərirlər.