Azərbaycan Respublikasının Prezidentliyinə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərcivəsində 23 mart 2018-ci il tarixində Hacıqabul rayonunun Əllətli kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov, rayon təşkilatının sədr müavini İsmayıl İbrahimov və YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov çıxış ediblər.