Hacıqabul rayon İcra Hakimiyyəti və YAP Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi”nə həsr olunmuş geniş tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad etdilər. Sonra iştirakçılar Hacıqabul rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlara tamaşa ediblər.
Rayon Mədəniyyət Mərkəzində davam etdirilən geniş tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyatını əks etdirən film nümayiş olunub.