Bu ilin yanvar-oktyabr aylarında paytaxt Bakıda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları ilə 440 milyondan çox sərnişin daşınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.
Bakıda avtobuslarla sərnişindaşımada artım dinamikası oktyabr ayında da davam edib: “Belə ki, ay ərzində avtobus marşrutları ilə təxminən 54 milyon sərnişin daşınıb. Bu isə paytaxtda avtobuslarla aylıq sərnişindaşımada rekord göstərici sayılır”.