Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyasına laçınlı məcburi köçkünlər də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 29-da laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində keçirilən aksiyada 1000 ədəd ağac əkilib. YAP rayon təşkilatının fəalları, rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyev adına parkda və Gənclər parkında əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Ağac əkini kampaniyası 2018-ci ilin mart ayının sonunadək davam edəcək.