Qobustanda “700 min ağac əkək” kampaniyası davam edir

Qobustanda “700 min ağac əkək” kampaniyası davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı Qobustan Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə birlikdə partiyanın yaranmasının 25 illik yubileyi münasibətilə “700 min ağac əkək” kampaniyası çərçivəsində Cəngi kənd ərazisində 0,5 ha sahədə 350 badam tingi əkib.
Bu kampaniyada təbiətin və ekoloji mühitin mühafizəsi , biomüxtəlifliyin qorunması istiqamətində çox saylı tədbirlər və layihələr həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işi Qobustan rayonunda da uğurla həyata keçirilir.