Sabirabad rayonunda “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində 3 min nar ağacı əkilib

Sabirabad rayonunda “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində 3 min nar ağacı əkilib

YAP Sabirabad rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” ağacəkmə aksiyasına start verib.
Aksiya çərçivəsində rayonda 6 hektar torpaq sahəsində 3 min nar ağacı əkilib. Aksiyada YAP Sabirabad rayon təşkilatının şura üzvləri, rayon təşkilatının Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər.