Şabran rayonunun Pirəmsən, Ərəblər və Sincanboyad kəndlərinin seçiciləri ilə görüş keçirilib

Şabran rayonunun Pirəmsən, Ərəblər və Sincanboyad kəndlərinin seçiciləri ilə görüş keçirilib

11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şabran rayonunun Pirəmsən, Ərəblər və Sincanboyad kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.
Görüşlərdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov partiyamızın namizədi, dövlət başçısı İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verib.
M.Balabəyov vurğulayıb ki, Şabran rayonunda da quruculuq işləri böyük vüsət alıb. Şabranlılar Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. İnanırıq ki, 11 aprel seçkilərində xalqımız bir daha cənab İlham Əliyevə yüksək etimad göstərəcək. Görüşlərdə çıxış edən sakinlər artıq seçimlərini etdiklərini və Prezident İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.