Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri aparılır. 106 saylı Tovuz-Qazax-Ağstafa və 108 saylı Ağstafa seçki dairələri üzrə rayonda 29 bələdiyyəyə 265 üzv seçiləcək. Rayon təşkilatı həmin yerlərə namizədlərini müəyyənləşdirir. Namizədlərin 30 faizini qadınlar, 30 faizini isə gənclər təşkil edəcək.