Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının 31 saylı Yol İstismar MMC, Daşkəsən qəsəbə, Quşçu qəsəbə, Bayan, Quşçu, Zəylik və Çovdar ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayının çağırışları və qarşıya qoyulan yeni hədəflərlə bağlı yığıncaqlar keçirilib.
Yığıncaqlarda qurultay nümayəndələri – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, ərazi partiya təşkilatının sədri Azər Mahmudov və rayon təşkilatının aparatının məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.
Qeyd olunub ki, YAP-ın VIII Qurultayı Azərbaycanın yeni reallıqlar şəraitində qarşıya qoyduğu məqsəd və vəzifələri müəyyənləşdirib. Əvvəlki dövrdə əsas hədəf ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası idisə, hazırda ölkəmizin davamlı inkişafının təmin edilməsi prioritet istiqamətlərdəndir.
Bildirilib ki, dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin daha da möhkəmləndirilməsi, iqtisadi tərəqqinin davam etdirilməsi, ölkəmizin müdafiə qüdrətinin artırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. YAP üzvləri qurultayda müəyyənləşdirilən hədəflərin təbliğində, partiyanın fəaliyyət istiqamətlərinin təşviqində və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə dəstək verilməsində fəal mövqe nümayiş etdirirlər.