Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib. Seçki prosesi ilə əlaqədar olaraq YAP Abşeron rayon təşkilatında seçki qərargahı yaradılıb.
Fevralın 16-dan etibarən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin seçkilərdə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasına başlanılıb.
YAP Abşeron rayon təşkilatında dünəndən start verilən imzatoplama kampaniyası uğurla həyata keçirilir və seçicilər böyük aktivlik nümayiş etdirirlər.