Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı YAP-ın yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirib.
Qeyd edək ki, meşə mühafizəsi və bərpası müəssisəsinin Xırmandalı kəndi və rayonun Aqro park ərazisində 1000 ədəddən çox nar ağacı əkilib. Beləliklə, YAP Biləsuvar rayon təşkilatı ağacəkmə kampaniyasında 5 mindən çox ağac əkərək bu işi müvəffəqiyyətlə həyata keçirib.
Ağacəkmə kampaniyasında YAP Biləsuvar rayon təşkilatının fəalları və ictimayyət nümayəndələri yaxından iştirak ediblər.