Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə YAP-ın prezidentliyə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını uğurla başa vurub.