2018-ci ilin 11 aprel tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatı YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına yüksək fəallıq və mütəşəkkilliklə start verib. Kampaniyaya bütün Cəbrayıl ictimaiyyəti böyük həvəs və coşqu ilə qoşulublar. Səhər saatlarından etibarən partiya rayon təşkilatının seçki qərargahının üzvləri və gənc fəallar 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını yerləşdirməyə başlayıblar. Rayon təşkilatının seçki qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.