YAP Goranboy rayon təşkilatının Səhiyyə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Goranboy rayon təşkilatının Səhiyyə Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib.

Görüşdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri, təşkilati işlərin gücləndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması və dövlət siyasətinin əsas prioritetlərinin təşviqi məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşdə çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Goranboy RMX, PHŞ-in direktoru Rafayil Mustafayev, Səhiyyə ƏPT-nın sədri Yeganə Həsənova və digər partiya fəalları Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyətdən geniş söhbət açıblar.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə mühüm vəzifələr düşür.