YAP-ın Sədr müavini Əli Əhmədov Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir

Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov Avropa Xalq Partiyasının 2009 Bonn Konqresində iştirak edir. Almaniya Kansleri Angela Merkelin təşkilatçılığı ilə 10 dekabr tarixinədək Bonn şəhərində işini davam etdirəcək Konqresdə AXP-nin əsas prioritet sahələrindən olan Sosial Bazar iqtisadiyyatı haqqında müzakirələr aparılacaq. Almaniya Bundestaqında keçirilən Konqresdə Avropanın dövlət və hökümət başçıları, parlamentarilər, həmçinin mindən artıq nümayəndə iştirak edir. Milli Məclisin deputatı Asəf Hacıyev də YAP nümayəndə heyətinin tərkibində Konqresdə iştirak edir.