YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr edilmiş “Debat turniri” davam edir

YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr edilmiş “Debat turniri” davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlər sırasında yer alan debat turnirləri YAP Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığı ilə davam edir. Belə ki, dekabr ayının ilk həftəsində YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının Gənclər Birliyində təmsil olunan gənclərə debat təlimləri keçirilib, komandalar formalaşdırılıb. Məşq prosesində fəal iştirak edən debatçı gənclər dekabrın 16 və 17-si keçirilmiş qrup və play-off mərhələsində iştirak edərək “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debatlar aparıblar.
Dekabrın 22-də layihənin final, bağlanış və mükafatlandırma mərasiminin keçirilməsi planlaşdırılıb. Həmçinin bağlanış mərasimində YAP GB və DVC təşkilatı arasında memorandumun imzalanması da nəzərdə tutulub.