Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının Seçki Qərargahı noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasını davam etdirir. Belə ki, Seçki Qərargahının üzvləri tədbirlər planına uyğun olaraq şəhərin Ş.İ.Xətai küçəsi 8 ünvanında seçicilərlə görüş keçiriblər. Görüşdə YAP Mingəçevir şəhər təşkilatının Seçki Qərargahının sədri Cavanşir Yusubov və təbliğat-təşviqat qrupunun rəhbəri Əyyub Əyyubov çıxış edərək Yeni Azərbaycan Partiyasının 47 saylı Mingəçevir Seçki Dairəsindən namizədi Aydın Mirzəzadənin fəaliyyəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, bu seçkilərdə YAP-ın namizədlərinin qələbəsi şübhəsizdir. Görüşdə seçicilər YAP-ın namizədinə səs verəcəklərini bildirib, öz fikir və təkliflərini qeyd ediblər.