Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Nərimanov rayonu Rus İcmasının aztəminatlı üzvləri üçün Novruz bayramı münasibətilə humanist aksiya keçirilib. Belə ki, “Xəzər Qayğıkeşlik Layihəsi Hümanitar İctimai Birliyi”nin dəstəyi ilə Azercell Mobil Göz Klinikasının həkimləri təmənnasız olaraq 70 nəfər aztəminatlı vətəndaşı müayinədən keçirib, lazımi tibbi məsləhətlər veriblər.
Rus İcmasının nümayəndələri göstərilən bu diqqətə görə minnətdarlıq ediblər.