Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında yaradılan seçki qərargahı 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurlu start verib. Rayon təşkilatının seçki qərargahının üzvləri və partiya fəalları səhər saatlarından etibarən prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat xarakterli seçki plakatlarının qanunvericiliyə müvafiq olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş ünvanlarda yerləşdirilməsinə başlayıblar.
Kampaniya ərzində həmçinin seçki qanunvericiliyinə müvafiq şəkildə müəyyənləşdirilmiş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.