YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Bakıxanov qəsəbəsi, “R.Qəmbərov küçəsi 61” (ADİU-nun nəzdində Bakı Dövlət Sosial-İqtisad kolleci) və Bakıxanov qəsəbəsi, “Yavər Əliyev küçəsi 300” (Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsi) ünvanları üzrə ərazi partiya təşkilatlarında görüşlər keçirilib. Görüşlərdə Azərbaycanın dövlət idarəçiliyi, iqtisadi inkişaf, sosial siyasət və beynəlxalq münasibətlər sahələrində qazandığı nailiyyətlər diqqətə çatdırılıb. Ölkəmizin milli maraqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.

Sonda qurultayın strateji hədəflərinin təbliğinin davam etdirilməsi, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, üzvlərin təşəbbüskarlığının artırılması və ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. İştirakçılar qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində vahid mövqenin, məsuliyyətli yanaşmanın və birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.