Martın 12-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib.
İclasda təşkilati məsələlər müzakirə edilib. YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsinin icrası növbəti konfransa qədər təşkilatın İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə həvalə edilib.