YAP Tərtər rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində 7 min ağac əkib

YAP Tərtər rayon təşkilatı “700 min ağac əkək” kampaniyası çərçivəsində 7 min ağac əkib

Yeni Azərbaycan Partiyasının (YAP) “700 min ağac əkək” kampaniyası çərçivəsində YAP Tərtər rayon təşkilatının təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tərtər rayonun Buruc-Hüləbətli kəndləri ərazisində yerləşən meşə zolağının daha 2.5 hektar sahəsində 3 min ədəd ağac əkilib. Beləliklə, YAP rayon təşkilatı ümumilikdə meşə zolağında 7 min ədəd ağacın əkinini başa çatdırıb.
Ağacəkmə kampaniyasında YAP fəalları, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan şəxslər fəal iştirak ediblər.