2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına Yevlaxda da yüksək fəallıqla start verilib.
Verilən məlumata görə, martın 19-u səhər saatlarında Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının fəalları 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir seçki dairələrinin Yevlax rayonuna daxil olan seçki məntəqələrinin hər birində təbliğat lövhələrində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat plakatlarını yerləşdiriblər.
Rayon təşkilatından verilən məlumata görə, yevlaxlı seçicilər cənab İlham Əliyevin təşviqat materialını böyük maraqla izləyir və bu seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.