Filippində torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb

Filippində torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb

Filippinin Davao-de-Oro əyalətində dini mərasim zamanı baş verən torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb.

Yerli hakimiyyət orqanları iki nəfərin itkin düşdüyünü və axtarışların aparıldığını bildirib.

Xatırladaq ki, yanvarın 18-də Monkayo ​​bələdiyyəsində dini mərasimin keçirildiyi binada torpaq sürüşməsi baş verib. Mərasimdə 14 nəfər iştirak edirdi.