Alyans sammiti zamanı 24 ölkənin başçıları Kiyevə uzunmüddətli dəstəyi nəzərdə tutan “Ukrayna müqaviləsi”ni bağlayıblar. "Yeni Azərbaycan" xəbər verir ki, sənədin mətni ilə Avropa Komissiyasının saytında tanış olmaq olar.
Sənədə görə, “Ukrayna müqaviləsi”nin məqsədi Ukraynanın hərtərəfli təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün səyləri əlaqələndirmək və sürətləndirməkdir. Kiyevin təhlükəsizliyi, razılaşmaya əsasən, dünyanın müxtəlif regionlarından olan ölkələrin, o cümlədən Avro-Atlantik ölkələrinin təhlükəsizliyi ilə birbaşa bağlıdır.
O da qeyd olunur ki, Ukrayna müqaviləsini imzalayan ölkələr silahlı münaqişədə Ukrayna qalib gələnə qədər onu dəstəkləyəcəklər. Dəstək hərbi yardımı, eləcə də Ukrayna qoşunlarının modernləşdirilməsinə yardımı əhatə edəcək.
Havar Şəfiyeva