Almaniya “Şimal axını”nın partlamasını araşdırmaq üçün komissiya yaradacaq

Almaniya “Şimal axını”nın partlamasını araşdırmaq üçün komissiya yaradacaq

Almaniyada  hökumətin rolunu müəyyən etmək üçün Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışları araşdırmaq üçün komissiya yaratmaq lazımdır. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən  xəbər verir ki, bunu Bundestaqın deputatı Sara Vaqenknext bildirib.

Onun sözlərinə görə, Almaniya hakimiyyətinin hücum planı ilə bağlı hər hansı məlumatı bildiyi məlum olarsa, o zaman Almaniya siyasətində əsrin qalmaqalı yaranacaq.

Havar Şəfiyeva