Macarıstan Avropa İttifaqının maliyyə şantajına cavab verməkdən imtina edib və miqrasiya siyasətinə düzəliş etməyəcək. "Yeni Azərbaycan" Macarıstanın xəbər portalına istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orbanın ofisinin rəhbəri Qergeli Guıllas deyib.
“Macarıstan Avropa İttifaqının maliyyə şantajına boyun əyməyəcək və miqrasiya siyasətini dəyişməyəcək. Normal məhkəmə heç vaxt belə qərar verməzdi”, - deyə siyasətçi bildirib.
Guillas qeyd edib ki, o, Aİ məhkəməsinin qərarını təhqiredici, ədalətsiz və qəbuledilməz hesab edir.
Xatırladaq ki, bundan əvvəl Aİ məhkəməsi Macarıstanı qaçqınların qəbulu hüququnu pozmaqda ittiham edərək 200 milyon avro cərimələyib.
Havar Şəfiyeva