Macarıstan parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə keçirəcək

Macarıstan parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə keçirəcək

Macarıstan parlamenti fevralın 26-da İsveçin NATO-ya üzvlüyü ilə bağlı səsvermə keçirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə Macarıstanın hakim “Fidesz” parlament fraksiyasının lideri Mate Koçişə istinadla məlumat yayıb.

“İsveçin NATO-ya qəbulu ilə bağlı protokol üzrə səsvermə parlamentin fevralın 26-da keçiriləcək sessiyasının gündəliyinə daxil edilib”, - deyə məlumatda bildirilir. Mate Koçiş “Fidesz” parlament fraksiyasının İsveçin NATO-ya üzvlüyünü dəstəkləmək niyyətində olduğunu vurğulayıb.

Xatırladaq ki, İsveç 2022-ci ildə NATO-ya üzlüklə bağlı rəsmi müraciət edib. 2024-cü il yanvarın 25-də Ankara müraciətin ratifikasiya prosesini başa çatdırıb. Macarıstan sənədi ratifikasiya etməyən yeganə NATO üzvüdür.