Dünən Milli Mətbuat Günü münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyətində də media nümayəndələri ilə görüş keçirilib. “Olaylar”ın məlumatına görə, jurnalistləri bayram münasibəti ilə Qaradağ RİH başçısı Süleyman Mikayılovun adından RİH başçısının müavini Zəfər Əliyev təbrik edib. Z.Əliyev qısa da olsa milli mətbuatımızın tarixindən və müasir Azərbaycan mediasının inkişafı istiqamətində ölkə Prezidenti İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan danışıb. Humanitar məsələlər üzrə müavin eyni zamanda Bakının Qaradağ rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf haqqında da mətbuat nümayəndələrini məlumatlandırıb.
Tədbirdə media nümayəndələrinə bayram münasibəti ilə rayonun icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından hədiyyələr təqdim edilib.