Niderland Krallığının səfiri Bakı Slavyan Universitetində olub

Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielse Bakı Slavyan Universitetində (BSU) olub.
AzərTAc xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev qonağa BSU haqqında geniş məlumat verib, Niderland Krallığının ali təhsil ocaqları ilə sıx əlaqələrdən danışıb.
BSU-da ilk dəfə olduğunu qeyd edən səfir görüşdən məmnunluğunu ifadə edib. O, təmsil etdiyi dövlətin Azərbaycandakı səfirliyinin ölkələr arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində fəaliyyətini qeyd edib, bu əlaqələrin bütün sahələrdə dərinləşməsi üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib.
Diplomat müxtəlif ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri ilə də tanış olub.