Samux rayonunun məktəbliləri Ulu öndər Heydər Əliyevin zəngin irsini maraqla öyrənirlər

Samuxdakı Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda keçirilən açıq dərsin növbəti dinləyiciləri Qarabağlar kənd orta məktəbinin XI sinif şagirdləri olublar.
AzərTAc xəbər verir ki, metodist müəllim Nərgiz Bədəlovanın bu mövzuda keçdiyi açıq dərs hər bir şagirdə Ümummilli lider Heydər Əliyev haqqında daha geniş məlumat əldə etməyə imkan yaradıb.
Açıq dərsdə Heydər Əliyevin ölkəmizdə quruculuğun, davamlı inkişaf və islahatların banisi olduğu diqqətə çatdırılıb, Onun peşəkar ordu və hüquqi dövlət quruculuğunda həyata keçirdiyi məqsədyönlü tədbirlərdən geniş söhbət açılıb.
Dərsin sonunda məktəblilərin suallarına da cavab verilib.