Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə rayonun orta məktəblərinin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər davam edir.
AzərTAc xəbər verir ki, martın 11-də keçirilən növbəti açıq dərsdə Alakol və Dönük Qırıqlı kənd tam orta məktəblərinin 11-ci sinif şagirdləri iştirak ediblər. Tarix müəllimi Tural Qasımov tərəfindən keçirilən dərsdə şagirdlərə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Şagirdlər dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıblar.