Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın gələcək inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar danışıqların hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.