AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim ediblər. Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.