Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Fransaya işgüzar səfərə gedib

AZƏRTAC xəbər verir ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gediblər.
Parisin Orli beynəlxalq aeroportunda dövlətimizin başçısını və xanımını Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.