Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul edib. Görüşdə ölkələr və xalqlararası əlaqələrin genişləndirilməsində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi qeyd olunub, Forumda müzakirə edilən məsələlərin əhəmiyyəti vurğulanaraq bu məsələlərin müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi bildirilib. Söhbət zamanı, həmçinin Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.