Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Milan Expo 2015” Beynəlxalq sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün iyulun 8-də İtaliya Respublikasına işgüzar səfərə gediblər.
Milanın Malpensa Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.