Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşüb
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının sabiq xarici işlər naziri Dora Bakoyannis ilə görüşüb.
Görüşdə Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, onun ölkələr və xalqlar arasında humanitar əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.
Görüşdə, həmçinin Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.