AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri noyabrın 18-də başa çatıb. Parisin Orli beynəlxalq aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.