AZƏRTAC xəbər verir ki, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.