Bişkekin “Manas” Beynəlxalq Aeroportunda qarşılanma

Bişkekin “Manas” Beynəlxalq Aeroportunda qarşılanma

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğız Respublikasına səfərə gəlib.
Bişkekin “Manas” Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlətimizin başçısını Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.